“Legion Financial”ın səhmləri listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin 95 min manatlıq adi, sənədsiz, adlı səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 950 ədəd səhmdən gedir. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Hərracın tarixi azı 2 iş günü qalmış Birjanın internet səhifəsində açıqlanacaq. Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.

Yerləşdirmə baş tutsa, şirkətin nizamnamə kapitalı 95 min manat və yaxud 4,2 % artaraq 2,245 milyon manatdan 2,34 milyon manata çatacaq.

Digər xəbərlər