Bakı. 30 mart. REPORT.AZ/ Mayın 16-da, saat 15:00-da “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 2 ünvanında (“Hyatt Tower”) olacaq.
Yığıncağın gündəliyinə şirkətin adının dəyişdirilməsi, nizamnamə kapitalının artırılması, nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, illik hesabatın və mühasibat balansının təsdiq olunması və digər məsələlər daxildir.