“Kapital Bank”ın Müşahidə Şurası yenidən formalaşdırılacaq

Aprelin 26-da, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanındakı inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə “Kapital Bank”ın Müşahidə Şurasının üzvlərinin seçilməsi, bununla əlaqədar Şuranın əsasnaməsinin yenilənməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.

Digər xəbərlər