Yanvarın 12-də, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanındakı inzibati binasında olacaq.
Yığıncağın gündəliyinə “Kapital Bank”ın imtiyazlı səhmləri üzrə dividend ödənilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 245,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.