ILO: Pandemiya qlobal iş gücünün 81%-nə mənfi təsir edib

Dünyanın bir çox ölkəsində koronavirusun (COVID-19) yayılma sürətini azaltmaq üçün tətbiq olunan məhdudiyyətlər qlobal iş gücünün 81% və ya 2,7 milyard insanın həyatına mənfi təsir edib.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatı (ILO) "COVID-19" və "Business World" hesabatlarında açıqlayıb.

Məlumata görə, epidemiyanın iqtisadiyyata təsirləri II Dünya müharibəsindən sonrakı dövrdə ən yüksək həddə çatıb.

Bundan başqa, təşkilat bu ilin ikinci rübündə ümumi iş saatlarının 6,7%-ni ləğv olunacağını proqnozlaşdırır. Gəlir qruplarına görə, iş saatlarının mütənasib şəkildə azaldılması ən çox "yuxarı-orta” gəlirlə işləyənlərə, regionlar üzrə isə Ərəb ölkələri, Avropa və Asiya-Sakit okeana təsir edəcəyi gözlənilir.

İqtisadiyyatın ayrı-ayrı sektorları üzrə isə qida, daşınmaz əmlak, istehsalat, topdan və pərakəndə ticarət, nəqliyyat vasitələrinin təmiri ən yüksək risk qrupuna daxildir. Bildirilir ki, qlobal iş gücünün 38%-i və ya 1,25 milyard insan bu sahələrdə çalışır.

ILO hesabatında bu il üçün daha əvvəl proqnozlaşdırdığı 25 milyon nəfərlik qlobal işsizlik artım tempinin epidemiyanın təsiri ilə daha da yüksələcəyini bildirib.

Digər xəbərlər

ANAMA auditor seçir 07 fevral, 2026 / 11:53
Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06