"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2021-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Global Audit" MMC-dir.
Qalib şirkətə 5 900 manat ödəniləcək.