İşsizlikdən Sığorta Fonduna yönəldilən 15 mln. manatın 14 mln. manatı işsizlikdən sığortaya, 1 mln. manatı isə təhsilə - peşə təhsilinin yaranmasına yönəldiləcək.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Hadı Rəcəbli bildirib.
“Nəticədə bu il Azərbaycanda 10 min insanın özünüməşğulluq ilə təmin olunmasına kömək edəcək”, - deputat deyib.
Qeyd edək ki, "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul edilib.