İran Mərkəzi Bankının rəhbəri Azərbaycana gələcək

Bakı. 9 fevral. REPORT.AZ/ İran Mərkəzi Bankının rəhbəri Vəliullah Seif gələn həftə Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, fevralın 12-13-də baş tutacaq səfər çərçivəsində V.Seif Bakıda iranlı iş adamları üçün bank əməliyyatlarının sadələşdirilməsi, iki ölkə arasında bank sektorunda əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcək.

Digər xəbərlər