​İcbari Sığorta Bürosu vətəndaşa 3 min manat ödəyib

Bakı. 18 noyabr. REPORT.AZ/ İcbari Sığorta Bürosu (İSB) tərəfindən bu gün Azərbaycan vətəndaşına 3 min manat məbləğində kompensasiya ödənişi verilib. Bu barədə "Report"a İSB-dən məlumat verilib.

Məlumata görə, sığorta ödənişi bu ilin martın 10-da Ələt-Astara-İran sərhədi avtomobil yolunun 70-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfatı ilə əlaqədar adı açıqlanmayan şəxsə verilib.

Qeyd edək ki, ödəniş noyabrın 18-də poçt vasitəsi ilə köçürülüb.

Digər xəbərlər

Qızıl yenidən bahalaşır 21 fevral, 2026 / 01:45