Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi nəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması üçün kotirovka sorğusu elan edib.
"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.
İddiaçılar təkliflərini dekabrın 22-si, saat 12:00-a qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 117C ünvanına təqdim edə bilərlər.
Təkliflərə dekabrın 22-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.