Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Hermes Finance” ASC 2023-cü ili 1,255 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 13,9 % azdır.
Bu il yanvarın 1-nə "Hermes Finance"ın aktivləri 30,494 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,2 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 6 % azalaraq 29,482 milyon manat, balans kapitalı isə 46,25 % azalaraq 1,012 milyon manat, o cümlədən nizamnamə kapitalı 21,95 % artaraq 750 min manat olub.
Xatırladaq ki, "Hermes Finance" 2018-ci ildə yaradılıb. Şirkətin səhmdarları 50 % payla Səbinə Sadiq, 34 % payla Rəvan Cəfərov və 16 % payla Nurarə Mehraliyeva-Rzayevadır.
"Hermes Finance" lizinq fəaliyyəti ilə məşğul olan “Caspian Auto İmport” ASC-də 60 %, “Baku Leasing” MMC-də isə 50 % pay sahibidir.