Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Hermes Finance” ASC-nin 150 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 300 manat olan 500 ədəd səhm standard bazar seqmentində, abunə yazılşı üsulu ilə investorlara təklif olunub. Hərraca 2 investor 150 min manatlıq 2 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Bununla da, şirkətin nizamnamə kapitalı 20 % artaraq 750 min manatdan 900 min manata çatıb.
Xatırladaq ki, “Hermes Finance” 2018-ci ildə yaradılıb.