Efiopiyadakı qəza “Boeing”in səhmlərini ucuzlaşdırıb

Martın 10-da Efiopiyanın Bişoftu şəhəri yaxınlığında “Boeing 737-8” tipli sərnişin təyyarəsinin qəzaya uğraması Nyu-York Fond Birjasında ABŞ-ın “Boeing” korporasiyasının səhmlərinin ucuzlaşması ilə nəticələnib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, səhmlərin bazar dəyəri 8,7% azalaraq 386 dollara düşüb.

Xatırladaq ki, qəzadan sonra Efiopiya ilə yanaşı, Böyük Britaniya, Çin və Malayziya aviaşirkətləri sözügedən markadan olan təyyarələrdən istifadəni dayandırdıqlarını açıqlayıb. 

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23