2025-ci ildə Avrasiya İnkişaf Bankı (EDB) 21 layihənin maliyyələşdirilməsi ilə bağlı kredit sazişləri imzalayıb.
"Report"un Almatıya ezam olunmuş müxbiri bildirir ki, bunu EDB-nin İdarə Heyətinin sədri Nikolay Podquzov bankın 2025-ci ildəki yekun mətbuat konfransında deyib.
Onun sözlərinə görə, investisiyaların illik məbləği 2,6 milyard ABŞ dolları təşkil edib.
"Hazırda 4 milyard ABŞ dolları dəyərində 27 layihə razılaşdırma mərhələsindədir", - sədr qeyd edib.
N.Podquzov vurğulayıb ki, 11 ay ərzində bankın xalis mənfəəti 130 milyon dolları ötüb.