Bu il Gürcüstan iqtisadiyyatında 4% artım gözlənilir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Dünya Bankının bülletenində bildirilir.
Proqnoza əsasən, gələn il isə qonşu ölkədə iqtisadi artım 5% təşkil edəcək.
"İqtisadi vəziyyətin yaxşılaşmasına baxmayaraq, 2022-ci ilin sonuna qədər ümumi isehsal həcminin COVID-19 pandemiyasından öncəki səviyyədə bərpası az ehtimal olunur. 2020-ci ildə Gürcüstanda iqtisadi geriləmə 6,2 % təşkil edib, yoxsulluq səviyyəsi isə təqribən 5,4 % artıb", - sənəddə qeyd olunub.