Dövlət əmlakının idarə edilməsindən daxilolmalar büdcə gəlirlərinə aid edilib

Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dövlət əmlakının idarəetməyə verilməsindən daxilolmalar büdcə gəlirlərinin təsnifatına aid edilib.

Digər xəbərlər