Dendrologiya Bağı auditor seçir

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Dendrologiya Bağı 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 11 manatdır.

İddiaçılar təkliflərini iyulun 26-na qədər Dendrologiya Bağının yerləşdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, 89 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 26-sı, saat 12:30-da qeyd olunan ünvanda baxılacaq.

Digər xəbərlər