Çin ABŞ-dan 300 təyyarə alacaq

Bakı. 9 noyabr. REPORT.AZ/ Çin ABŞ-dan 37 mlrd. dollar dəyərində 300 ədəd təyyarə alacaq. 

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "Boeing" şirkətinin rəsmi məlumatında bildirilir.

Belə ki, "China Aviation Supplies Holding Company" şirkəti ilə ABŞ-ın "Boeing" şirkətinin imzaladığı müqavilə ABŞ Prezidenti Donald Tramp və Çin rəhbəri Si Tsinpinin iştirakı ilə bağlanıb.

Qeyd edək ki, ABŞ prezidentinin Çinə səfəri noyabrın 10-dək davam edəcək. Səfərin ilk 2 günü ərzində ölkələr arasında 253,4 mlrd. dollarlıq bir sıra ticarət müqavilələri imzalanıb. 

Digər xəbərlər

ARDNF 3 illik auditor seçib 03 oktyabr, 2026 / 14:05
İçərişəhər auditor seçir 02 oktyabr, 2026 / 17:30