Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yeni auditor seçib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi illik maliyyə hesabatların auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Uhy Audit" MMC-dir.

Qalib şirkətə 6,4 min manat ödəniləcək.

Xatırladaq ki, bundan əvvəl qurum "Abak-Az Crovve LTD" MMC ilə 5,9 min manatlıq satınalma müqaviləsi imzalamışdı.

Digər xəbərlər