"Bank Respublika" nizamnamə kapitalını cüzi artırır

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank Respublika" ASC-nin 500 min manatlıq adi, adlı, sənədsiz səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 2,45 manat olan 204 082 ədəd yeni səhm abunə yazılışı üsulu ilə yerləşdiriləcək.

Hərracın tarixi azı 2 iş günü qalmış Birjanın internet səhifəsində açıqlanacaq.

Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bütün səhmlər yerləşdirilsə, "Bank Respublika"nın nizamnamə kapitalı 0,7 % artaraq 73,461 milyon manatdan 73,961 milyon manata çatacaq.

Digər xəbərlər