"Bank Respublika"nın səhmləri üzrə hərracın tarixi açıqlanıb

Dekabrın 5-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Bank Respublika" ASC-nin 500 min manatlıq adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 2,45 manat olan 204 082 ədəd səhm standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək.

Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Yerləşdirmə baş tutsa, bankın nizamnamə kapitalı 500 min manat və ya 0,7 % artaraq 73,461 milyon manatdan 73,961 milyon manata çatacaq.

Digər xəbərlər