"Bank BTB"nin səhmdarlarının pay bölgüsü dəyişib

“Bank BTB” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

"Report" xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 5 milyon manat və yaxud 7,5 % artırılaraq 66,45 milyon manatdan 71,45 milyon manata çatdırılmasından sonra baş verib.

Belə ki, "Bank BTB"nin kapital artımı üçün dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 1 000 manat olan 5 000 ədəd yeni səhmi Bankın əsas səhmdarı Nigar Mehdiyeva əldə edib. və payını 74,99 %-dən 76,74 %-ə çatdırıb. Əvəzində digər səhmdarlar - Rza Sadiqin (Müşahidə Şurasının sədri) payı 19,01 %-dən 17,68 %-ə, Tükəzban Mahmudovanın payı isə 6 %-dən 5,58 %-ə düşüb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb.

Digər xəbərlər