“Bank BTB” ASC-nin “Sahil” və “28 May” şöbələri ləğv edilərək onların yerində eyni adlı filiallar yaradılıb.
“Report” bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, artıq Maliyyə Bazarlarına Nəzarət Palatası yeni filiallara bank fəaliyyətinin həyata keçirilməsi üçün icazələr verib. Bununla da, “Bank BTB”nin filiallarının sayı 11-dən 13-ə çatdıb. Bank müştərilərinə həm də baş ofisinin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti və 3 şöbəsi ilə xidmət göstərir.