Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") 2021-ci ili 14,295 milyon manat zərərlə başa vurub. Halbuki, şirkət 2020-ci ildən 1,919 milyon manat mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il "Azərsığorta"nın gəlirləri 59,12 milyon manat (əvvəlki ilə nisbətən 28% az), xərcləri isə 73,414 milyon manat (8,4% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərsığorta”nın aktivləri 49,18 milyon manat olub ki, bu da illik müqayisədə 9,8% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 26,9% artaraq 45,396 milyon manata çatıb, balans kapitalı isə 5 dəfə azalaraq 3,784 milyon manata düşüb.
Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 milyon manatdır.