Bu il noyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard 550,6 milyon ABŞ dolları təşkil edib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il noyabrın 1-nə nisbətən 7,3 % çoxdur.
Oktyabrda ölkənin strateji valyuta ehtiyatları 830,3 milyon ABŞ dolları azalıb.
2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.