Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 1,7 % çoxdur.
O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,9 % azalaraq 35 milyard 229,1 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 2,9 % artaraq 80 milyard 701,4 milyon manata çatıb.