"PAŞA Həyat Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarını 41,147 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % çoxdur.
9 ayda "PAŞA Həyat Sığorta"nın gəlirləri 651,154 milyon manat (23,4 % çox), xərcləri 598,915 milyon manat (25,8 % çox), mənfəət vergisi ödəmələri isə 11,092 milyon manat (3 % az) təşkil edib.
Bu il iyulun 1-nə "PAŞA Həyat Sığorta"nın aktivləri 769,507 milyon manat olub ki, bu da illik müqayisədə 6,8 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 7,2 % azalaraq 646,679 milyon manata, balans kapitalı isə 4,3 % azalaraq 122,828 milyon manata düşüb.
Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.