Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə birlikdə sığorta sektorunda qiymətləndirmə işləri aparacaq.
“Report” xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.
“Əsas məqsəd sığorta sektorundakı boşluqları doldurmaq, sığorta bazarını daha da inkişaf etdirməkdir”, - o deyib.