Teymur Əhmədov adına “AzNar” QSC ötən ilin yekunlarına dair minoritar səhmdarlarına 28 726 manat məbləğdə dividend ödəyib.
“Report” xəbər verir ki, bu barədə şirkətin 2022-ci ilin yekunları ilə bağlı idarəetmə hesabatında bildirilir.
Sənəddə deyilir ki, həmin məbləğ 26 ədəd minoritar səhmdarın sahib olduğu 28 726 ədəd səhmin faiz nisbətinə mütənasib qaydada hər bir səhmə 1 manat olmaqla bölüşdürülüb.
Xatırladaq ki, nar emalı müəssisəsi olan "AzNar" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 30 milyon manatdan çoxdur. Müəssisənin əsas səhmdarı Azərbaycan əsilli Rusiyalı iş adamı Fərhad Əhmədovdur.