Azərbaycanın lizinq şirkəti xalis mənfəətini 44 % artırıb

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Hermes Finance” ASC 2022-ci ili 1,457 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 43,8 % çoxdur.

Ötən il “Hermes Finance”ın vergiyəqədərki mənfəəti 1,821 milyon manat (əvvəlki ilə nisbətən 40 % çox), mənfəət vergisi ödəmələri isə 365 min manat (26,7 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Hermes Finance”ın aktivləri 33,233 milyon manat olub ki, bu da illik müqayisədə 27 % çoxdur. Hesabat dövündə lizinq şirkətinin öhdəlikləri 25,5 % artaraq 31,35 milyon manata, balans kapitalı isə 56,5 % artaraq 1,883 milyon manata çatıb.

Xatırladaq ki, “Hermes Finance” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 750 min manatdır. Şirkətin səhmdarları Səbinə Sadiq, Nuranə Mehraliyeva-Rzayeva və Rəvan Cəfərovdur.

Digər xəbərlər