Azərbaycanın investisiya şirkəti "forex" müştərilərinin qazancını açıqlayıb

2023-cü ildə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin marja ticarəti (forex) üzrə müştəriləri 1 milyon 156 min manat qazanc əldə edib.

"Report" xəbər verir ki, bunu maliyyə qurumunun İdarə Heyətinin sədri Ceyhun Hacıyev keçirdiyi mətbuat konfrasında bildirib.

O, həmçinin deyib ki, ötən il "PAŞA Kapital"ın bazarda payı 42 % təşkil edib: "İl ərzində "forex" müştərilərimizin sayı 1 500 olub, o cümlədən aktiv müştərilərimizin sayı 400 olub".

Bundan başqa, sədrin sözlərinə görə, 2023-cü ildə investisiya şirkətinin xarici bazarlar üzrə dövriyyəsi təxminən 3,5 milyard manat olub: "2024-cü ilin ilk rübünün nəticələrinə əsasən isə bu rəqəm 780 milyon manata yaxındır. "PAŞA Kapital" bu ilin yekununda 5 milyard manat dövriyyə hədəfləyir".

Digər xəbərlər