Bu ilin I rübündə Azərbaycanın maliyyə hesabının mənfi saldosu (ölkədən kapital axını) təxminən 1 milyard 224,7 ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 23,2 % azdır.
"Kəsir əsasən ölkənin xarici maliyyə aktivlərinin 1,2 milyard dollara yaxın artması, xalis maliyyə öhdəliklərinin isə 45 milyon dollar azalması ilə bağlıdır. Bu da növbəti dövrlərdə ölkənin əlavə faiz gəlirləri qazanacağını göstərir", - deyə AMB rəsmisi qeyd edib.