Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 21 milyard 121,8 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,6 % azdır.
Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 1 %, son 1 ildə isə 2,8 % artıb.