Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanda pul bazasının həcmi 2014-cü il dekabrın 1-nə 11 519,7 mln. manat təşkil edib.
“Report”un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% və ya 732 mln. manat çoxdur. Maraqlıdır ki, cari ilin əvvəlindən bu göstərici 1% azalıb. Ən yüksək göstərici isə sentyabrın 1-də (11,743 mlrd. manat) qeydə alınıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.