Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən müdafiə və milli təhlükəsizliyinə 5 milyard 211,9 milyon manat xərclənib.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,6 % və ya 702 milyon manat çoxdur.
Hesabat dövründə müdafiə və milli təhlükəsizlik xərclərinin 82,8 %-i icra edilib.