Azərbaycanda məxfi auditlərlə 3 milyon manata yaxın vəsait büdcəyə geri qaytarılıb

Hesablama Palatasının 2023-cü il üzrə audit planına uyğun olaraq məxfi rejimdə aparılan auditlər nəticəsində dövlət büdcəsinə ümumilikdə 3,8 milyon manatlıq bərpa tədbirləri müəyyən edilib.

"Report" xəbər verir ki, bu barədə Palatanın 2024-cü il üzrə fəaliyyətinə dair hesabatında bildirilir.

Bildirilib ki, bu məbləğin 2,9 milyon manatı artıq dövlət büdcəsinə qaytarılıb. Qalan 0,9 milyon manatın bərpası isə davam etdirilir.

Xəbər lenti

Talaçay çayından sel keçir 15 iyun, 2025 / 09:36