2022-ci ildə Azərbaycanda Hökumət Ödəniş Portalı (HÖP) ilə 5 milyard manatlıq əməliyyat aparılıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 23 % çoxdur.
Hesabat dövründə HÖP-lə aparılmış əməliyyatların sayı 85 milyon təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 42 % çoxdur.
Xatırladaq ki, HÖP dövlət büdcəsinə vә kütlәvi xidmәtlәr üzrә ödәnişlәrin mәrkәzlәşdirilmiş qaydada toplanılması üçün yaradılıb. Portala 11 mәrkәzi icra hakimiyyәti orqanı, 3 dövlət agentliyi, 4 kommunal xidmәt müәssisәsi, 5 stasionar vә mobil rabitә operatoru, 122 mәhkәmә orqanı, 19 sığorta şirkәti, 1 438 bәlәdiyyә orqanı, 109 ali vә orta ixtisas tәhsil müәssisәsi vә digәr sosial әhәmiyyәtli qurumlar inteqrasiya olunub.
Hazırda HÖP-lə 1 100-dәn çox xidmәt üzrә ödәnişlәr toplanılır. Bu xidmәtlәr üzrә ödәnişlәr 25 bankda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azәrpoçt” MMC-nin 2 500-dәn çox filial vә şöbәlәrindә, 4 000-ə yaxın ödәniş terminalında nağd vә nağdsız formada aparıla bilәr.