Bakı. 24 iyul. REPORT.AZ/ "Arzuolunan haldır ki, "Atasığorta" həyat sığortası üzrə də müştərilərə xidmət göstərsin. Düşünürəm ki, bunun şahidi olacağıq".
"Report" xəbər verir ki, bunu "Ata Holding" ASC-nin illik hesabat tədbirində çıxış edən "Atasığorta" ASC-nin icbari sığorta şöbəsinin müdiri Fariz Hacızadə deyib.
O, təmsil etdiyi şirkətin təkrarsığorta bazarında aktiv olduğunu və bu sahədə digər sığortaçılarla əməkdaşlıq etdiklərini də deyib: "Əgər sığorta ediləcək əmlakın dəyəri yüksəkdirsə, bu prosesə başqa sığorta şirkətini də cəlb edirik və riskləri sığortalayırıq".