Azərbaycanda 11 ayda ödənişli xidmətlərdən büdcəyə daxilolmalar üzrə proqnoz 27 % az icra edilib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 592,3 milyon manat təşkil edib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 27,3 % az icra edilib.

Bundan başqa, 11 ay ərzində büdcəyə sair daxilolmalar isə 654,7 milyon manat olub ki, bu da proqnozdan 0,9 % azdır.

Digər xəbərlər

İlin son faizini qaçırmayın! 10 dekabr, 2025 / 11:56