Azərbaycan təhsil xərclərini 4 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən təhsilə 3 milyard 56 milyon manat xərclənib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 124,1 milyon manat və yaxud 4,2 % çoxdur.

Hesabat dövründə təhsil xərclərinin 82,5 %-i icra edilib.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23