Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən sosial müdafiə və sosial təminata 3 milyard 356,5 milyon manat xərclənib.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 273,1 milyon manat və 8,9 % çoxdur.
Hesabat dövründə sosial müdafiə və sosial təminat xərclərinin 94,2 %-i icra edilib.