Azərbaycan Sığortaçılar Assosiasiyasına icraçı direktor seçilib

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə icraçı direktor seçilib.

ASA-dan "Report"a verilən məlumata görə, bu, Elmar Mirsalayevdir.

Onun sözügedən vəzifəyə namizədliyini və təyinatını Assosiasiyanın Müşahidə Şurasının üzvləri yekdilliklə dəstəkləyib. E.Mirsalayev bu təyinata qədər “Atəşgah Sığorta” ASC-nin Zərərlərin tənzimlənməsi idarəsinin rəisi vəzifəsində çalışıb.

Digər xəbərlər