Azərbaycan İsveçrə ilə layihə portfelinin formalaşdırılmasını müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və İsveçrə Milli Bankı (İMB) arasında layihə portfelinin formalaşdırılması müzakirə edilib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun nümayəndə heyəti İMB-nin paytaxt Berndə yerləşən baş ofisində işgüzar səfərdə olub.

Səfər çərçivəsində strateji planlaşdırma və idarəetmə çərçivələri, layihə portfelinin formalaşdırılması və monitorinqi, o cümlədən rəqəmsal transformasiya təşəbbüsləri üzrə müzakirələr aparılıb. Tərəflər arasında həmçinin strategiya və layihə idarəetməsi istiqamətində çağırışlar və dəyişikliklərin idarə olunması sahələrində tətbiq olunan yanaşmaların müqayisəli şəkildə təhlili aparılıb.

Görüşlər zamanı hər iki qurum arasında strategiya və layihə idarəetməsi sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Digər xəbərlər