Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda (IMF) ölkəmizin daxil olduğu Seçki Qrupunun növbəti növbəti İllik Toplantılarında iştirak edib.
"Report" AMB-yə istinadən xəbər verir ki, tədbirdə Seçki Qrupunda təmsil olunan ölkələrdə inkişaf dinamikası, makro-iqtisadi sabitliyin təmin olunması, maliyyə inklüzivliyinin genişləndirilməsi kimi mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub.
Həmçinin Seçki Qrupuna üzv ölkələr arasında tərəfdaşlığın genişləndirilməsi imkanı ətrafında fikir mübadiləsi aparılıb.