2020-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin daşınmasından 4,254 milyon manat gəlir əldə edib.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 4,95 dəfə azdır.
Əvəzində ötən il səhmdar cəmiyyətinin yük daşınmasından gəliri 1,9% artaraq 319,24 milyon manata çatıb.
Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.