Bu il Avropa ölkələrində səhmlərini ilkin kütləvi tədavülünü (IPO) həyata keçirən şirkətlərin sayı ötən illə müqayisədə, təxminən, 2 dəfə azalıb.
"Report" bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hazırda IPO göstəriciləri qlobal maliyyə böhranından sonra ən aşağı həddədir.
Mütəxəssislər hesab edir ki, özəl investisiya fondlarından vəsait cəlb etmək daha sərfəli olub, odur ki, şirkətlər səhmlərini satmağa ehtiyac duymurlar.