“Atəşgah Sığorta" ASC-nin İdarə Heyətinin sədr müavini Fuad İsmayılov dövlət işinə keçməsi ilə əlaqədar işdən çıxıb.
Bu barədə "Report"a şirkətdən bildirilib.
Onun yerinə hələ ki, təyinat olmayıb.
F.İsmayılov 2012-ci ildən “Atəşgah Sığorta"da işləyir. O, müxtəlif vəzifələrdə - daxili auditor, biznesə dəstək şöbəsinin müdiri, son 6 ildə isə sədr müavini olub.