“Atasığorta”nın yığımları 8% azalıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında “Atasığorta” ASC-nin yığımları 8 813 307 manat təşkil edib. 

Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,57% azdır.

Hesabat dövründə “Atasığorta”nın ödənişləri də azalıb. Belə ki, şirkət ilk 11 ayda 3 194 563 manat ödəniş edib və bu, illik müqayisədə 15,61% azdır.

Yanvar-noyabr aylarında “Atasığorta” topladığı hər 100 manat sığorta haqqının 36,25 manatını müştərilərə geri qaytarıb. Bu nisbət 2015-ci ilin 11 ayında 39,7% olub.

Xatırladaq ki, "Atasığorta" şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 25 manat olan 496 min səhm əsasında formalaşıb. Səhmlər 100% adı çəkilən holdinqə məxsusdur.

Digər xəbərlər