Azərbaycan Mərkəzi Bankının (AMB) virtual aktivlərlə bağlı bağlı çoxlu planları var.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.
"Bildiyiniz kimi, virtual aktivlərin tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlanır. Bu, AMB-nin prioritetlərindən biridir. Ümumiyyətlə bazarla daha sıx çalışmağı planlaşdırırıq. Növbəti il yeni strateji dövrə hazırlıq başlayacaq. Bir-iki istiqamət var ki, onları prioritet kimi görürük. Virtual aktivlərlə bağlı işlər təkcə qanun layihəsinin hazırlanması ilə bitmir. Bunun həyata keçirilməsi ilə bağlı çoxlu planlarımız var", - deyə o qeyd edib.