"AGBank"ın əmlakı hərraca çıxarılır

Sentyabrın 28-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AGBank" ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsi, ev 1 ünvanındakı yerləşən, ümumi sahəsi 453,2 kvadretmetr olan fərdi yaşayış evindən gedir. Əmlaka 154 min manat qiymət qoyulub.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23